Rəşad Sadıqov “CBC Sport”un ofisinə niyə gedib?

Rəşad Sadıqov “CBC Sport”un ofisinə niyə gedib?

"Qarabağ”ın kapitanı "CBC Sport” telekanalının ofisində olub.

Sport7.az xəbər verir ki, AFFA-nın nəzarətində olan telekanal son vaxtlar "Qarabağ”a, xüsusiylə də onun baş məşqçisi Qurban Qurbanova qarşı soyuq münasibətiylə seçilir.

APOEL-lə Bakıdakı oyundan sonra keçirilən mətbuat konfransında xoşagəlməz olay yaşanmışdı. Bundan istifadə edən telekanal Qurbanovu tənqid edən süjet hazırlamış və 7 dəqiqəlik həmin süjet həm kanalın efirində, həm də sosial şəbəkələrdəki hesabında yayınlanmışdı.

Bu münasibətə baxmayaraq, "Qarabağ” tərəfi "CBC Sport”u 4 yaşı münasibətiylə təbrik edib, komandanın kapitanı Rəşad Sadıqov telekanalın Bakı Olimpiya Stadionunda yerləşən ofisinə gedib.

"CBC Sport”un baş direktoru Volkan Üst bu barədə "Futbol+” qəzetinə verdiyi müsahibəsində danışıb.

Sitat: "Ad günümüzdə komandanın kapitanı Rəşad Sadıqov bizi təbrik etdi. O Şəmsəddin Abbasovla birgə yanıma gəlmişdi. Ürək sözlərini dedi, xoş arzular dilə gətirdi”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR