Rəşad Sadıqov mərkəz müdafiəçisini Serbiyadan gətirir

Rəşad Sadıqov mərkəz müdafiəçisini Serbiyadan gətirir

"Zirə” Klesio Baukdan sonra ikinci legioner transferini gerçəkləşdirib.

Sport7.az xəbər verir ki, qəsəbə klubu "Qəbələ”dən ayrılan mozambikli yarımmüdafiəçinin ardınca Serbiyaya üz tutub.

Rəşad Sadıqovun çalışdıracağı komanda "Radniçki”dən Lazar Corceviçlə anlaşıb. 28 yaşlı mərkəz müdafiəçisinin bu gün Azərbaycana gəlməsi gözlənilir. Onunla müqavilə müddəti 2 illik nəzərdə tutulub.

187 sm boya malik arxa xətt oyunçusu 2018-ci ildən "Radniçki”nin formasını geyinir. O, indiyədək 3 ölkədə - Şimali Makedoniya, Slovakiya və Çexiyada legioner həyatı yaşayıb.

"Palilulac”ın yetirməsi 2012-ci ildə "Sileks”ə transfer olunub. 1 il sonra Slovakiyaya yollanıb və 2 mövsüm "Koşitse”nin formasını geyinib. 2016-cıı ildə bu ölkədə "Jeleziarne”yə üz tutub və 2 il də adıçəkilən komandanın uğurları üçün meydana çıxıb.

2018-ci ildə ölkəsinə qayıdıb və "Voyvodina” ilə müqavilə bağlayıb. 2019-cu ilin əvvəlində Çexiyada peyda olan Lazar "Karvina” ilə anlaşıb. "Radniçki”yə də buradan gəlib. Belqrad komandasında yarım mövsümə 18 oyun keçirən müdafiəçi 2 qol vurub (sportinfo.az).
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR