Ronaldo Daeiyə təşəkkür etdi

Ronaldo Daeiyə təşəkkür etdi

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldo keçmiş hücumçu Əli Daeiyə təşəkkür edib.

Sport7.az xəbər verir ki, 36 yaşlı forvard İran yığmasının sabiq futbolçusunun onun haqqında yazdıqlarına münasibət bildirib. Ronaldo bu barədə instaqram hesabındakı paylaşımında yazıb: "Həqiqi çempionlar daim çempion kimi qalır. Sizin kimi nəhəng birindən bu sözləri oxuduğum üçün qürur duyuram. Çox sağ ol, Əli Daei".

Ronaldo F qrupunun sonuncu görüşündə Fransa ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada dubla imza atıb. Beləliklə, o, Əli Daeinin millidə vurulan qol sayı üzrə beynəlxalq rekorduna şərik çıxıb. Daei bu münasibətlə Ronaldunu təbrik edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR