"Ronaldo əsl canavar idi" - Məşhur məşqçi

İspaniya yığmasının və "Real”ın sabiq baş məşqçisi Visente Del Boske braziliyalı Ronaldo barədə fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, ispaniyalı mütəxəssis keçmiş yetirməsinin möhtəşəm oyunçu olduğunu söyləyib.

Del Boskenin fikrincə, "yekədiş” zədələnməsəydi, daha böyük nəticələr göstərərdi: "Klubdakı və xaricdəki hər kəs Ronaldonu sevirdi. O, həqiqətən də, yaxşı insandır. İnsanları kədərli görməkdən xoşu gəlmirdi. Ronaldo əla idi. Komandanı yalnız gücləndirən futbolçulardan idi. Ronaldo istedadı və insani keyfiyyətləri sayəsində əla lider idi. Əminəm ki, zədələnməsəydi, daha yaxşı olardı. Amma yenə də Ronaldo əsl canavar idi. Fenomenal futbolçudan söhbət açırıq”.
 
2002-2007-ci illərdə İspaniyada "Real”ın formasını geyinən Ronaldo hazırda La Liqanın digər təmsilçisi "Valyadolid”in prezidentidir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR