Ronaldo vurdu,

Ronaldo vurdu, "Yuventus" daha bir kubok qazandı

"Yuventus" klubu tarixində 9-cu dəfə İtaliya Super Kubokunun sahibi olub.

Sport7.az xəbər verir ki, "qoca sinyora" bu nailiyyəti "Napoli" üzərində qələbə sayəsində əldə edib - 2:0.
 
Reco-Emiliya şəhərindəki "Mapey" stadionunda təşkil olunmuş qarşılaşmada ilk qolu 64-cü dəqiqədə Kriştianu Ronaldo vurub. 36 yaşlı forvard karyerasında 760-cı qolu vuraraq, çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

"Napoli"nin bu qola 80-ci dəqiqədə cavab vermək imkanı olsa da, Lorentso İnsinye penaltidən fərqlənə bilməyib. Əvəzində 90+6-cı dəqiqədə Alvaro Morata yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, "Yuventus" İtaliya Super Kubokunu sonuncu dəfə 2018-ci ildə qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR