"Ronaldodan canınızı qurtarın..." - Prezidentə məsləhət

"Yuventus"unun sabiq baş məşqçisi Massimiliano Alleqri öz istefasından əvvəl klubun prezidenti Andrea Anyelliyə məsləhət verib.

Sport7.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Turin təmsilçisindən ayrılarkən Anyelli ilə söhbətində ulduz futbolçu Kriştianu Ronaldonun komandadan göndərilməli olduğunu söyləyib. Həmin vaxt portuqaliyalı forvard klubda yalnız bir mövsüm keçirmişdi. Sabiq baş məşqçi "Ronaldodan canınızı qurtarın, komandanın və klubun böyüməsinə imkan vermir" deyib.

Hazırda işsiz olan Mütəxəssis 2014 - 2019-cu illərdə "Yuventus"un baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında 5 dəfə A Seriyasının, 4 dəfə ölkə kubokunun, iki dəfə isə Superkubokun qalibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR