Ronaldodan pis xəbər

Ronaldodan pis xəbər

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo koronavirusa yoluxub.
 
Sport7.azxəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb. 35 yaşlı hücumçunun testi müsbət nəticə verib. Təcrübəli forvard karantinə alınıb.
 
Beləliklə, Ronaldo bu gün Millətlər Liqasında İsveçlə matçı buraxacaq.
 
Qeyd edək ki, Kriştianu Ronaldo A Seriyasının növbəti turunda "Krotone" (17 oktyabr) və UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda Ukrayna "Dinamo"su (Kiyev) ilə görüşdə iştirak edə bilməyəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR