Ronaldonun 8 milyonluq

Ronaldonun 8 milyonluq "oyuncağı"

Portuqaliya millisinin və İtaliya "Yuventus”un ulduzu Kristiano Ronaldo özünə yeni avtomobil alıb.

Sport7.az xəbər verir ki, komandası ilə A Seriyasının çempionu adını qazanan hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. O, "Buqatti Sentodieçi”nin limitli modelinə 8 milyon avro ödəyib. 

Fransa şirkəti cəmi 10 ədəd "Buqatti Sentodieçi” hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin "Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR