Rus futbolçu karyerasını

Rus futbolçu karyerasını "Yuventus"da davam etdirə bilər

"Lokomotiv"in yarımmüdafiəçisi Aleksey Mirançuk "Yuventus"un maraq dairəsinə düşüb.

"Tuttosport"un xəbərinə görə, "Yuventus"un idman direktoru Fabio Paratiçi Mirançuku yaxından izləyir. Rus futbolçu Turin klubunun əsas transfer hədəflərindən biridi.

Aleksey Mirançuk Çempionlar Liqasında "Yuventus"la oynanılan hər iki matçda fərqlənmişdi. Cari mövsümdə Rusiya Premyer Liqasında 12 oyunda meydana çıxan 24 yaşlı oyunçunun aktivində 4 qol, 2 məhsuldar ötürmə var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR