Rusiya kubokunun qalibi müəyyənləşdi

Rusiya kubokunun qalibi müəyyənləşdi

Rusiya Kubokunda final görüşü keçirilib.

Sport7.az xəbər verir ki, həlledici qarşılaşmada "Lokomotiv" və "Krılya Sovetov" üz-üzə gəlib. Nijni Novqorodda keçirilən qarşılaşma Moskva təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
 
"Lokomotiv"dən Fransua Kamano, Fyodor Smolov və Murilo fərqlənib. Samara klubunun yeganə qolunu isə Vladislav Sarveli vurub.

"Lokomotiv" tarixində hamıdan çox - 9-cu dəfə Rusiya Kubokunu qazanıb. "Krılya Sovetov" isə 2-ci dəfə finalda oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR