Rövnəq Abdullayev “Araz-Naxçıvan”ın çempionatdan imtinasına münasibət bildirdi

Rövnəq Abdullayev “Araz-Naxçıvan”ın çempionatdan imtinasına münasibət bildirdi

"Araz-Naxçıvan”ın Topaz Premyer Liqasında çıxışını dayandırmaq istəyi ilə bağlı qərarından xəbərim yoxdu. Başım qarışıq idi, bununla maraqlanacam”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib. 

Assosiasiya rəhbəri Azərbaycan Premyer Liqasının XI turunda "Qarabağ”a 0:4 hesablı məğlubiyyətdən sonra yarışdan imtina edən "Araz-Naxçıvan” klubu ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, hakim səhvinə görə komandanı dağıtmazlar: "Bu klubun öz işidi. Düşünürəm ki, hakim səhvinə görə komandanı dağıtmazlar. Mən də klub rəhbəri olmuşam və belə hallarla rastlaşmışıq. "Araz-Naxçıvan”la bağlı maraqlanacam”. 

Abdullayev Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Qarabağ” – "Dnepr” görüşünə də münasibət bildirib. AFFA prezidentinin sözlərinə görə, 1:2 hesabı ilə uduzduğumuz oyunda Ağdam təmsilçisi yaxşı oynasa da, bəxti gətirməyib.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR