"Sabah" "Borussiya"nın sabiq futbolçusunu transfer etdi - FOTO, VİDEO

Yay transfer çalışmalarını davam etdirən "Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, paytaxt təmsilçisi almaniyalı vinger Coy-Lens Mikelslə müqavilə bağlayıb. 27 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.

Konqo əsilli futbolçu karyerası ərzində Almaniyanın "Borussiya-2” (Münhenqladbax, 2013-2014), "Şalke-2” (2014-2016), "Alemannia” (2016/2017), "Vaker Nordhauzen” (2017-2020), "Karl Zeys Yena” (2020) və Niderlandın "Maastrixt” (2020-2021) klublarında çıxış edib.

"Sabah” yay transfer dövründə daha öncə Elvin Camalov, Səlahət Ağayev və Xuan Kamaranı heyətinə cəlb etmişdi.
 
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR