"Sabah" malili futbolçu ilə vaxtından əvvəl yolları ayırır

"Sabah" klubu daha bir futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Sport7.az xəbər verir ki, bu haqda paytaxt təmsilçisindən Report.az-a bildirilib. Malili hücumçu Ulise Diallo ilə vidalaşmaq niyyətindədir. 29 yaşlı hücumçu ilə razılıq əldə olunsa, sözləşməsi ləğv ediləcək.

Diallo 2019-cu ilin avqustundan "Sabah"da oynayır. Onun klubla müqaviləsi yayda başa çatmalıdır. "Sabah" daha əvvəl Yevgeni Koçuk və Abbas Ağazadə ilə müqaviləni ləğv edib, Ozan Can Kökçünü isə Niderlandın "Telstar" klubuna icarəyə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR