"Sabah" U-21 millimizin üzvünü transfer etdi - RƏSMİ

"Sabah” növbəti mövsüm üçün ilk transferini reallaşdırıb.
 
Sport7.az xəbər verir ki, gənc müdafiəçi Amin Seydiyevin keçidi ilə bağlı "Qəbələ” klubuyla razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. Müqavilə 2019/20 mövsümünün ardından qüvvəyə minəcək.

Amin Seydiyev "Qəbələ” Futbol Akademiyasının yetirməsidi. O, 2017/18 mövsümündən bu klubun əsas komandasında çıxış edir. Gənc müdafiəçi Azərbaycan U-21 millisinin üzvüdü.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR