"Sabah" yeni transferini təqdim etdi - VİDEO, FOTO

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sport7.az xəbər verir ki, ispaniyalı vinger Xuan Kamara bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu Polşanın "Yagelloniya” klubundan bir illik icarəyə götürülüb.

Kamara karyerası ərzində İspaniyanın "Vilyarreal B” (2012-2014), "Barselona B” (2014-2016), "Barselona” (2015-2016), "Jirona” (2016/2017), "Reus Deportiu” (2017/2018), Polşanın "Medz Leqnitsa” (2018/2019), "Yagelloniya” (2019-2020), Rumıniyanın "Dinamo” (Buxarest, 2020) və "Universitatya Krayova” (2021) klublarında çıxış edib. Xuan 5 oyunda İspaniya U-17 millisinin də şərəfini qoruyub.

Yeni transfer "Sabah”da 17 nömrəli formada çıxış edəcək.
  
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR