"Sabah"ın futbolçusu tarixə düşdü

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyun daha bir futbolçunun Azərbaycan millisində debütü ilə əlamətdar olub.

Sport7.az xəbər verir ki, matçın sonlarında əvəzləmədən meydana daxil olan Aleksey İsayev debüt şansı qazanıb. Bununla İsayev millinin formasını geyinən 248-ci futbolçu kimi tarixə düşüb. Bu matça qədər 263 matçda 246 oyunçu millinin şərəfini qorumuşdu.

Fasilədən sonra meydana daxil olan Anatoli Nuriyev yığmamızın 247-ci debütantı olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR