"Sabah"ın legionerini milliyə çağırmadılar

Moldova millisinin heyəti açıqlanıb.
 
Sport7.az xəbər verir ki, baş məşqçi Engin Fırat UEFA Millətlər Liqası öncəsi 7 - 11 avqust tarixlərində keçiriləcək təlim-məşq toplanışına gedəcək futbolçuların siyahısını müəyyənləşdirib. Bu haqda federasiyanın rəsmi saytı məlumat yayıb. Türkiyəli mütəxəssis 23 futbolçuya dəvət göndərib. 

Maraqlıdır ki, son vaxtlar mütəmadi olaraq yığmaya çağırılan "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçuk bu dəfə kənarda qalıb. Onun əvəzində isə baş məşqçi "Neftçi"nin sabiq müdafiəçisi Petru Rakuya dəvət göndərib.

Moldova yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 3-də Kosovaya qarşı keçirəcək, 3 gün sonra isə Sloveniya ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR