Sadıq Sadıqovun doğum günüdür

Sadıq Sadıqovun doğum günüdür

Bu gün "Neftçi" PFK-nin sabiq prezidenti, hazırda "Neftçi İdman Klubu"nun rəhbəri və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun 54 yaşı tamam olur.
 
Ömrünün 54-cü payızını yaşayan Sadıqov uzun illərdir idman sahəsində uğurla çalışır, qol qoyduğu hər işdə müvəffəqiyyət qazanır. "Neftçi” Futbol Klubunun tarixindəki ən böyük uğur məhz onun rəhbərliyi altında qazanılıb, komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazıb.
 
Hazırda "Neftçi İdman Klubu İctimai Birliyi” və Cüdo Federasiyasında işini davam etdirən Sadıq müəllim, özünü növbəti dəfə yaxşı icraçı və rəhbər kimi göstərməkdədir.
 
Yubileyi münasibəti ilə Sadıq Sadıqovu təbrik edir, ona can sağlığı, uzun ömür, daha böyük uğurlara çatmasını arzulayırıq!
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR