Şahmat Olimpiadası təxirə salındı

Şahmat Olimpiadası təxirə salındı

Bu il keçirilməli olan 44-cü Şahmat Olimpiadası təxirə salınıb.

Sport7.az xəbər verir ki, bu haqda FİDE-nin rəsmi saytında məlumat yer alıb. Qurum koronavirus səbəbindən Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarışı 2021-ci ilin yayına qədər təxirə salıb. 

Avqustun 6-17-də baş tutması planlaşdırılan yarışın açılış mərasimi Xanti-Mansiyskdə, qarşılaşmaları isə Moskvada təşkil olunmalı idi. Tarixdə ilk dəfə baş tutması nəzərdə tutulan Şahmat Paralimpiadası da təxirə düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR