Salah koronavirusla mübarizəyə 1.17 milyon avro bağışladı

Salah koronavirusla mübarizəyə 1.17 milyon avro bağışladı

Misir millisinin və "Liverpul"un futbolçusu Məhəmməd Salah koronavirusla mübarizə üçün ölkəsinə 1 milyon avrodan çox ianə edib.

Sport7.az xəbər verir ki, bu barədə Misirin sabiq idman naziri Xalid Abdulaziz "Twitter" hesabında paylaşım edib.
 
O, qeyd edib ki, 28 yaşlı yarımmüdafiəçi yardım üçün 20 milyon Misir funtu (1.17 milyon avro) bağışlayıb.

Qeyd edək ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR