"Səbail" kapitanı ilə yeni müqavilə bağladı

"Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
 
Sport7.az xəbər verir ki, klub yarımmüdafiəçi Rahid Əmirquliyevlə müqavilə müddətini artırıb. Kapitanla imzalanmış anlaşmaya əsasən, 32 yaşlı futbolçu daha 1 il "dənizçilər”in formasını geyinəcək.
 
Bakı klubu buna qədər baş məşqçi Aftandil Hacıyev, futbolçular Şahin Zəkiyev, Elxan Əhmədov, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev və Adil Nağıyevlə də müqavilə müddətini artırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR