"Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm" - Emin Mahmudov

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Dinamo” oyunu öncəsi Bakı klubunun kapitanı Emin Mahmudov mətbuat konfransında fikirlərini bölüşüb.
 
Sport7.az xəbər verir ki, ilk oyunda penaltidən fərqlənməklə komandasının qələbəsində pay sahibi olan futbolçu bunları söyləyib: "Penaltilər üzərində həmişə çalışıram. Məncə, pis alınmır. Rəqibin zəif və güclü tərəfləri haqda baş məşqçi bizə məlumat verir. İlk oyundakı səhvləri bu dəfə düzəldəcəyik. Səfər qolunun ləğv olunmasının tərəfdarı deyiləm. Artıq oyunsonrası penaltilərə çox müraciət olunacaq”.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR