"Onların səhhətində heç bir problem yoxdu" - Xaricdə qalan futbolçularmızla bağlı açıqlama

Millinin son iki son 2 oyunundan sonra bir neçə futbolçumuzda koronavirus aşkarlandığı üçün Azərbaycana qayıda bilmədi. Bir qədər də konkretləşdirsək Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada baş tutan Monteneqro ilə qarşılaşmadan sonra orada qaldı. Maksim Medvedev isə Lüksemburqdan millimizlə birlikdə qayıda bilmədi. 

Hazırda hər iki ölkədə özünütəcrid vəziyyətində yaşayan futbolçularla bağlı son məlumatı öyrənmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Firuz bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Təmkinlə Rahil Xorvatiyada özünütəcrid rejimində qalıb. Hər ikisi ilə bağlı səfirliyə və yerli səhiyyə orqanlarına məlumat verilib. Mütəmadi həkim nəzarətindədilər. AFFA bütün prosesləri nəzarətdə saxlayır. Eyni zamanda səfirlik də onlara nəzarət edir. Maksim Medvedevin Lüksemburqdakı testi pozitiv nəticələndi və o da hazırda özünütəcrid rejimindədi. Millinin həkimi Vyaçeslav Xomenko da onunla birlikdə Lüksemburqda qalıb. Dünən gecəyə olan məlumata görə, şükür Allaha ki, səhhətlərində heç bir problem yoxdu. Sadəcə, testləri müsbət olduğu üçün, müvafiq qaydalara əsasən özünütəcrid rejimində qalmalıdılar. Hansının növbəti testi neqativ nəticələnərsə, AFFA tərəfindən ölkəyə qayıdışları təmin olunacaq".

AFFA-nın sözçüsü futbolçuların növbəti testlərinin vaxtı ilə bağlı sualımıza belə cavab verdi: "Bununla bağlı dəqiq nəsə deyə bilmərəm. Qanunvericiliyə görə minimum 10 gün özünütəcrid rejimində qalmalıdılar. İlkin sorğuda bizə belə demişdilər. Növbəti testin nə vaxt götürüləcəyi ilə bağlı dəqiq məlumatım yoxdu".

Bəs göstərilən müddətdən sonra futbolçuların testi mənfi nəticələnməsə necə olacaq?: "Allah eləməsin. Futbolçularda belə hallar olur. Yadınızdadırsa Kristiano Ronaldonun testi 4 dəfə müsbət çıxmışdı. Bizim futbolçularda da belə olsa məcburən yenə orada qalacaqlar. Çünki müsbət testlə insanları heç hava limanına buraxmırlar. Təyyarəyə minmək mümkün deyil. Neqativ test təqdim etməlisən ki, səni təyyarəyə buraxsınlar".

Səbuhi Həsənov

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR