Şəhriyarla Teymur beynəlxalq turnirdən çənarda qaldı

Şəhriyarla Teymur beynəlxalq turnirdən çənarda qaldı

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VII mərhələsində Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov iştirak etməyəcək.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi saytında məlumat yer alıb. "Goldmoney Asian Rapid" adlanan turnirdə ancaq Asiya təmsilçiləri mübarizə aparacaq. Kənar qitədən yalnız yarışın təşkilatçısı Maqnus Karlsen iştirak edəcək.

Çempionlar Turunda ilk dəfə qadın iştirakçı da olacaq. FIDE reytinqində 2658 xalla ilk sırada yer alan Hou İfan kişi qrossmeysterlərlə yarışacaq.

Mükafat fondu 100 000 ABŞ dolları olan "Goldmoney Asian Rapid" iyunun 26-da başlayacaq, turnirə iyulun 4-də yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR