"Sən heç kimin ala bilməyəcəyi istedada maliksən" - Ronaldodan Neymara

"Sənə hörmətim böyükdür, Neymar. Sən çox oynayırsan, məhsuldar ötürmələr verirsən, gözəl driblinqə maliksən və yaxşı zərbələr endirirsən”.

Sport7.az xəbər verir ki, bunu Braziliya millisinin canlı əfsanəsi Ronaldo deyib.

"Yekədiş” ləqəbi ilə tanınan sabiq ulduz yığmanın bombardirləri siyahısında 2-ci pilləni Neymara verməsinə münasibət bildirib. Ronaldo sosial şəbəkədə həmyerlisinə uğurlar arzulayıb: "Kamilliyin sonu yoxdur. Qanadlan, körpə! Sən yazdığın tarix gözəldir. Təkmil və daha yetkin oyunçu. Bilirəm ki, meydandan kənarda təzyiqin öhdəsindən gəlmək daha çətindir nəinki topu ayağında saxlamaq. İndi mənə de görüm, biz hardan gəldik və nəyə nail olduq... Kim deyə bilər ki, bu mümkünsüzdür? Öz instinktinə inanmaqda davam et. Çünki sən heç kimin ala bilməyəcəyi istedada maliksən. Sən hələ çox rekordlar qırmalı, tarixdə öz izini qoymalısan. Zirvədə braziliyalını gördüyümə şadam”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR