Serenata di Calcio 9

Serenata di Calcio 9

Həftə sonu İtaliya A Seriyasında 9-cu turun oyunları baş tutdu. 10 oyunda ümumilikdə 32 qol (hər oyuna orta hesabla 3,2) vuruldu. Qarşılaşmaların dördündə ev sahibləri, ikisində qonaqlar qələbəyə sevindi, digər 4 oyun isə heç-heçə yekunlaşdı.

"Atalanta” "udinelilər"i 7:1 hesabı ilə məğlub etməklə cari mövsümdə çempionatın ən böyük hesablı qələbəsini aktivinə yazdırdı. Bununla yanaşı, "berqamolular" özünün A Seriyası tarixində ən böyük hesablı qalibiyyətini (1952, "Triestina") də təkrarladı. 28 qolla "mövsümün ən məhsuldar komandası" statusuna sahib olan "Atalanta” ilk 9 həftədən sonra vurduğu qolların sayına görə çempionatın 3 xallı sistemində rekorda imza atdı. Ümumilikdə isə ilk doqquz həftəyə görə rekord 29 qolla "Milan”a (1992/93 mövsümü) məxsusudur.
 


9-cu turda qeydə alınan nəticələr:
  
"Verona” – "Sassuolo” - 0:1
"Leççe” – "Yuventus” - 1:1
"İnter” – "Parma” - 2:2
"Cenoa” – "Breşiya” - 3:1
"Bolonya” – "Sampdoriya” - 2:1
"Atalanta” – "Udineze” - 7:1
SPAL – "Napoli” - 1:1
"Torino” – "Kalyari” - 1:1
"Roma” – "Milan” - 2:1
"Fiorentina” – "Latsio” - 2:1

Çempionatın 9-cu həftəsi kobudluqlar baxımından mövsümün ən çox vərəqə göstərildiyi tur oldu. Belə ki, on oyunda ümumilikdə hakimlər vərəqə üçün 66 dəfə (orta hesabla 6,6) əllərini ciblərinə salmalı oldular. Onlardan 64-ü sarı, ikisi isə qırmızı vərəqə idi. Həmçinin bu həftə baş tutan oyunların ikisində ("Cenoa” – "Breşiya və "Verona” – "Sassuolo”) on vərəqə göstərildi ki, bu da cari mövsümdə bir oyunda göstərilən vərəqələrin sayına görə rekord idi.

A Seriyasının 9-cu turunda baş tutan oyunlara ümumilikdə 285 min 858 nəfər azarkeş stadiondan tamaşa edib. Bu, mövsümün turlar üzrə oyunlarında qeydə alınan rekord sayda azarkeş demək idi. Turun ən çox azarkeşi həmişəki kimi, yenə də Milanda, "İnter” və "Parma” arasındakı matçda qeydə alındı. Turun say etibarı ilə ən az azarkeşi SPAL və "Napoli” arasındakı qarşılaşmada müşahidə olunsa da, bu, ümumi stadionun tutumuna görə həftənin anşlaq olan görüşü idi. Yerlərin 91%-i azarkeşlər tərəfindən tutulmuşdu. 

9-cu turda müşahidə olunan azarkeş statistikası:

"Verona” – "Sassuolo” – 14 913 (38%)
"Leççe” – "Yuventus” – 26 591 (78%)
"İnter” – "Parma” - 67 076 (84%)
"Cenoa” – "Breşiya” – 20 949 (57%)
"Bolonya” – "Sampdoriya” – 24 099 (63%)
"Atalanta” – "Udineze” – 18 677 (88%)
SPAL – "Napoli” – 14 726 (91%)
"Torino” – "Kalyari” – 21 213 (76%)
"Roma” – "Milan” – 44 333 (61%)
"Fiorentina” – "Latsio” – 33 281 (77%)
 


Bu həftə, xüsusilə də, bir çox futbolçu üçün şəxsi statistika baxımından yaddaqalan oldu. Qonsalo İquain bütün turnirlər nəzərə alınmaqla, "Yuventus” forması ilə 100-cü oyununa çıxdı. Bu həm də onun A Seriyasında 200-cü oyunu idi. Komandasını məğlubiyyətdən xilas edən qola imza atan Lukaku cari mövsümdə 6-cı dəfə fərqlənməklə "İnter” tarixində Dieqo Militodan sonra (7 qol) çempionatın ilk 9 oyununda minimum 6 qol vuran ikinci futbolçu oldu. "Parma” ilə qarşılaşmada daha bir maraqlı məqam qeydə alındı. Belə ki, "İnter”in bu komandaya qarşı son iki oyununda "neradzurrilər"in öz yetirmələri sabiq komandalarının qapısına yol tapıb. Ötən il Federiko Dimarko fərqlənmişdi, son oyunda isə Yann Karamo "İnter"i məyus etdi.
 


Baş məşqçi kimi "Cenoa”nı ilk oyununa çıxaran Tiaqo Motta debütünü qələbə ilə qeyd etdi. Bununla yanaşı, A Seriyası tarixində ilk dəfə məşqçinin etdiyi hər üç əvəzetmədən sonra meydana daxil futbolçular fərqlənməyi bacardılar. Bombardirlik siyahısında bu həftə də vurduğu qolla liderliyini qoruyub saxlamağı bacaran İmobile isə XXI əsrdə çempionatın ilk doqquz həftəsindən sonra minimum 10 qola imza atanlar arasında "ilk dördlük"dədi. Buna qədər Luka Toni 11 (2005/06), Dibala 10 (2017/18) və ötən il İmobilenin özü 13 qolla yadda qalmışdı. Bu həftə də "Milan” ilə qarşılaşmada baş zərbəsindən sonra qola imza atan Edin Ceko cari mövsüm ardıcıl üç həftədə eyni vəziyyətdən üçüncü qolunu vurdu. Arkadiuş Milik isə son iki çempionatda cərimə meydançası xaricindən 7 qola imza atıb və bunu ondan çox təkrarlayan futbolçu yoxdur. (ardı var)   



OXŞAR XƏBƏRLƏR