Sevgilisi məşhur futbolçudan ayrıldı - Görün nə üçün!

Sevgilisi məşhur futbolçudan ayrıldı - Görün nə üçün!

"Tottenhem”in yarımmüdafiəçisi Dele Alli üçün mövsüm uğursuz davam edir.

Sport7.az xəbər verir ki, London klubunda əsas heyətə düşə bilməyən ulduz futbolçuya daha bir şoku sevgilisi Rabi Mae yaşadıb.

Son dövrlər tez-tez arası dəyən cütlük, nəhayət ki, ayrılıb. Onların əhatəsi bu ayrılığa səbəb kimi Allinin kompüter oyunlarına həddən artıq aludə olmasını göstərib. 25 yaşlı orta sahə oyunçusu boş vaxtlarını yalnız bu cür dəyərləndirir və hətta bunu izləyicilərinə də canlı yayımla təqdim edir. Delenin onunla çox vaxt keçirməməsindən gileylənən Mae, nəhayət ki, sevgilisini birdəfəlik tərk edib.

Alli cari mövsüm ümumilikdə 17 oyunda iştirak edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR