Şok xəbər: Ramzan Kadırov koronavirusa yoluxdu

Şok xəbər: Ramzan Kadırov koronavirusa yoluxdu

"Axmat” klubun fəxri prezidenti və Çeçenistanın prezidenti Ramzan Kadırov koronavirusa yoluxub.

Sport7.az "Baza” teleqaram-kanalına istinadla xəbər verir ki, Kadırovun vəziyyəti ağırdı. Onun ağciyərləri Covid-19 səbəbindən zədələnib.

"Baza”nın mənbələri prezidentin 2-3 həftə əvvəl Urus-Maran rayonunun virusa yoluxmuş rəhbərinə xəstəxanada baş çəkərkən xəstələndiyini bildirib. Valid Abdureşidova koronavirusa yoluxduğuna görə xəstəxanada müalicə olunub.

Kadırov ona dəstək vermək üçün klinikaya yollanıb, "qırmızı zona”da xalatla və yüngül maskada gəzib. Maskanın altında onun saqqalı belə görünürmüş. Kadırov xəstəylə qucaqlaşmaqdan da çəkinməyib.
 


Bundan bir həftə sonra Ramzan Kadırovun vəziyyəti pisləşib, amma o, yüngül qripə tutulduğunu deyib. Məhz bu səbəbdən Kadırovun müalicəsi gecikib.
Bir qədər əvvəl "Axmat” klubunun prezidenti Aydamirov bildirib ki, Kadırov Çeçenistandadı və onun səhhəti qaydasındadı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR