Ştuxlik səhvlərdən nəticə çıxardı?!

Ştuxlik səhvlərdən nəticə çıxardı?!

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun iki oyunu üçün bütün təyinatlar müəyyənləşib.

Sport7.az xəbər verir ki, sabah baş tutacaq qarşılaşmalar beynəlxalq dərəcəli hakimlərə həvalə olunub.

"Keşlə” – "Neftçi” görüşünü Əliyar Ağayev, "Səbail” – "Qarabağ” matçını isə çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov idarə edəcək.

Turun daha 2 oyunu mayın 4-də keçiriləcək. "Qarabağ” "Zirə”ni, "Sumqayıt” isə "Sabah”ı qəbul edəcək. Bu iki oyuna təyinatlar hələ açıqlanmayıb.

Azərbaycan Premyer Liqası

25-ci tur, 3 may

18:00. "Keşlə” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. "ASK Arena”.

20:15. "Səbail” –"Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
"ASCO Arena”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR