“Neftçi” və

“Neftçi” və "Sumqayıt" qələbəyə sevindi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Sport7.az xəbər verir ki, açılış matçında "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASK Arena"dakı matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 36-ya çatdıran "gənclik şəhəri" təmsilçisi 3-cü pilləyə yüksəlib. "Keşlə" isə 23 xalla sonuncu sırada qalıb.

Günün ikinci matçında "Səbail" çempionluğa iddialı "Neftçi"ni qəbul edib. "ASCO Arena"dakı qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Neftçi" ən azı bir gün müddətinə liderliyə yüksəlib. Flaqman bir oyun az keçirən "Qarabağ"dan iki xal çox toplayıb. "Səbail" isə 24 xalla 7-ci yerdədir.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
XXVI tur
8 may

18:00. "Keşlə” – "Sumqayıt” 0:1
Qol: Rəhim Sadıxov, 77, epn
 "Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev.
Baş məşqçi: Sənan Qurbanov.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 17. Murad Xaçayev, 30. Nəbi Məmmədov, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"ASK Arena”.

20:15: "Səbail” – "Neftçi” 0:4
Qollar: Voislav Stankoviç, 13, Yusuf Laval, 62, Keysuke Honda, 72, Namiq Ələsgərov, 79
"Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
"Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Məşqçi: Vəfadar Quliyev

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
"ASCO Arena”.
 
N Klublar O Q H M T-F X
1 Neftçi 26 16 5 5 45-25 53
2 Qarabağ 25 14 9 2 58-17 51
3 Sumqayıt 26 9 9 8 29-30 36
4 Zirə 25 7 13 5 25-26 34
5 Sabah 25 6 7 12 24-31 25
6 Qəbələ 25 5 9 11 20-39 24
7 Səbail 26 5 9 12 21-39 24
8 Keşlə 26 4 11 11 22-37 23
 
Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 19 qol

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR