"Sumqayıt" müdafiəçisi ilə yeni müqavilə imzalayıb

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
 
Sport7.az xəbər verir ki, müdafiəçi Elvin Bədəlovla 2 illik anlaşma imzalanıb.

2019-cu ildən komandamızın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.
 
Klub Vurğun Hüseynov, Murad Xaçayev, Elvin Məmmədov, Vüqar Mustafayev, Aydın Bayramov, Eltun Turabov, Höccət Haqverdi və Tellur Mütəllimovla da yeni müqavilə imzalayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR