"Sumqayıt" və "Keşlə"nin matçlarını idarə edəcək hakimlərin adları açqlandı

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" və "Keşlə"nin keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

Sport7.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin Serbiyada "Çukariçki" ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Ertəsi gün Bakı komandası "Fişt" stadionunda Rusiya təmsilçisi "Soçi"nin qonağı olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanı albaniyalı hakimlər briqadası idarə edəcək. Enea Yorci baş hakim Ridiger Çokay və Reydi Avdo yan xətt hakimləri, Kridens Meta dördüncü hakim olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR