"Sumqayıt"dan yetirməsinə hədiyyə

"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Xəyal Nəcəfov ötən tur Premyer Liqada 100-cü matçına çıxıb.
 
Sport7.az xəbər verir ki, bu münasibətlə, 23-cü turun "Sumqayıt" - "Qəbələ" matçından öncə klubun prezidenti Riad Rəfiyev yarımmüdafiəçiyə "100" nömrəli oyun geyimini təqdim edib.

"Sumqayıt" Futbol Akademiyasının yetirməsi, 2014/15 mövsümündən əsas komandanın şərəfini qoruyan "97 nömrə" meydanda olduğu 100 oyunda (6138 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapmağa nail olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR