"Sumqayıt"ın avrokubok oyununun vaxtı dəyişib

"Sumqayıt"ın Serbiyanın "Çukariçki" komandası ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.
 
Sport7.az xəbər verir ki, bu barədə Çukaritsa təmsilçisinin rəsmi saytına istinadla "Report" məlumat yayıb. İyulun 22-nə nəzərdə tutulan görüşün bir gün tez olacağı bildirilib.

Buna səbəb həmin gün ölkənin digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyanın "Dunayska Streda" komandası ilə eyni şəhərdə ev oyununa çıxmasıdır. UEFA-nın qaydalarına əsasən, eyni gündə bir şəhərdə avrokubok matçı oynanıla bilməz.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR