Superliqaya yüksələn daha bir klubun adına aydınlıq gəldi

Superliqaya yüksələn daha bir klubun adına aydınlıq gəldi

Türkiyə Super Liqasının növbəti mövsümünə vəsiqə qazanan iki komandanın adına aydınlıq gəlib.

Sport7.az xəbər verir ki, ötən gün TFF 1-ci liqada 2020/21 mövsümünə yekun vurulub. Sonuncu – 34-cü turun görüşlərindən sonra "Adana Demirspor"la "Giresunspor" bir və ikinci yerləri tutmaqla Superliqaya vəsiqə qazanıb. Maraqlıdır ki, bu iki komanda ilə yanaşı, "Samsunspor"un da hesabında 70 xal var. Lakin bu komandaların öz aralarındakı oyunlarda "Adana Demirspor" daha üstün olduğu üçün çempion olub. "Giresunspor" isə ikinci yeri tutub.

Adana Demirspor klubu 26 illik fasilədən sonra Super Liqaya yüksəlib. Sözügedən komanda daha öncə 1972/73, 1986/87, 1990/91 və 1993/94 mövsümlərində elitaya vəsiqə qazanmağı bacarmışdı. Bu komandanın baş məşqçisi Samet Aybaba isə üçüncü dəfə Super Liqaya klub çıxarır. O, 1996/97 mövsümündə "Kayserispor"u, 2016/17 mövsümündə isə "Sivasspor"u elitaya çıxarmışdı.

"Giresunspor" isə 1970/71 mövsümündən etibarən vəsiqə qazandığı Superliqada 6 mövsüm keçirəndən sonra 1976/77 mövsümündə TFF 1-ci liqaya düşmüşdü.

Super Liqaya yüksələcək üçüncü və sonuncu komandanın adına pley-off oyunlarından sonra aydınlıq gələcək. Sonuncu vəsiqə uğrunda 70 xalla üçüncü olan "Samsunspor", eləcə də "İstanbulspor" (64), "Altay" (63) və "Altınordu" (60) mübarizə aparacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR