Tamblinqçilərimiz bu yarışda 2-ci oldu

Tamblinqçilərimiz bu yarışda 2-ci oldu

Tamblinqçilərimiz Rusiyanın "Mineralnıye Vodi” şəhərində (Stavropol əyaləti) təşkil edilmiş məşq toplanışında və təlim sonu keçirilmiş yarışda iştirak ediblər.

Sport7.az xəbər verir ki, məşq toplanışı və yarışda iştirak üçün Rusiyaya tamblinqçilərimiz – Mixail Malkin, Bilal Qurbanov, Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov yollanıb.

23 iyunda başlamış təlim məşq toplantısı 1 iyulda yekunlaşıb. Ardınca tamblinqçilərin "Zvyozdi prijkov” ("Tullanış ulduzları”) adlı yarışı keçirilib. Turnirdə böyüklər arasında yarışan Mixail və gənclər yaş qrupunda çıxış edən Adil və Bilal 2-ci, Aleksey isə 3-cü yerdə qərarlaşıb. Digər gimnastlarımız Hüseyn, Elnur və böyüklər arasında yarışan Tofiq müvafiq olaraq 12, 10 və 8-ci nəticəni göstəriblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR