Tatyana və İrina bürünc medal üçün güləşəcək

Tatyana və İrina bürünc medal üçün güləşəcək

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub. Tatyana Varansova debütdə rusiyalı rəqibinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Varansova bürünc medal görüşünə çıxacaq.

İrina Netreba startda Belarus güləşçisinə qalib gəlib. Yığmamızın üzvü 1/4 finalda Bolqarıstan təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ukraynalı ilə rəqibinə uduzan Netreba bürünc medal görüşünə çıxacaq.

Bu çəkilərdə medal görüşləri aprelin 23-də Bakı vaxtı ilə saat 20:00-də başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR