Tayfur Əliyev 1/4 finalda uduzdu

Tayfur Əliyev 1/4 finalda uduzdu

Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
 
Sport7.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kiristoferlə (Fransa) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatıb.
 
Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR