Terim

Terim "Qalatasaray"ın məşqinə gəldi - VİDEO

"Qalatasaray”la müqaviləsi başa çatan Fatih Terim Burak Elmasın yeni prezident seçilməsindən sonra klubun məşq bazasına gəlib.

Sport7.az xəbər verir ki, təcrübəli çalışdırıcını Floryada futbolçular alqışlarla qarşılayıb. Daha sonra o, hazırlıq prosesinə start verib. Bildirilib ki, yeni prezident Terimlə müqavilə imzalayacaq. 

Burak Elmas da dünən sosial şəbəkədə etdiyi paylaşımda Terimlə görüşdüyünü bildirmişdi: "Fatih Terimlə görüşdük və o, Floryaya gəlib məşqlərə başlayacaq. Müqavilə və imzalama mərasimi üçün vaxt yoxdur. Çox iş görəcəyik”.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR