Terimin qızından vacib AÇIQLAMA

Terimin qızından vacib AÇIQLAMA

Koronavirusa yoluxan Fatih Terimin qızı atasının səhhəti haqda təsirli paylaşım edib.

Sport7.az xəbər verir ki, Buse Terim sosial media vasitəsiylə atasına görə narahat olanlara təşəkkür edib.

Sözlərinin davamında Buse Terim bunları bildirib: "Atam xəstəxanada, nəzarət altındadı. Siqaret çəkməməsi, xroniki xəstəliyinin olmaması ümidlərimizi artırıb. Tezliklə atamın sağalacağına ümid edirik. Xoş sözlərinizə və dualarınıza görə çox sağ olun. Əlimizdən gələn yalnız və yalnız gözləməkdi. Xahiş edirəm ki, evdə qalın və təhlükənin böyüməsinə imkan verməyin. Bu elə bir xəstəlikdi ki, əziz insanınız xəstələnsə, ona xəstəxanada baş çəkməyiniz də mümkün deyil”.

Xatırladaq ki, "Qalatasaray”ın baş məşqçisi Fatih Terim dünən axşamdan koronavirusa görə xəstəxanaya yerləşdirilib.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR