Tokio-2020-də Azərbaycanın qadın bayraqdarı kim olacaq? - Açıqlandı

Tokio-2020-də Azərbaycanın qadın bayraqdarı kim olacaq? - Açıqlandı

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.

Sport7.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb. Belə ki, turnirdə üçrəngli bayrağımızı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova da daşıyacaq.

Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar Tokio-2020-dən qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.

Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR