Tokio 2020-ə lisenziya qazanmış qadın paracüdoçularla görüş keçirilib.

Tokio 2020-ə lisenziya qazanmış qadın paracüdoçularla görüş keçirilib.

Milli Paralimpiya Komitəsində Tokio 2020-ə lisenziya qazanmış qadın paracüdoçularla görüş keçirilib.

Sport7.az xəbər verir ki, görüşdə iştirak edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov lisenziya qazanmış idmançıları bir daha təbrik edib, onların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq qarşıdan gələn bu mötəbər yarışda uğurlar arzulayıb.

Komitə prezidenti pandemiya və digər çətinliklərə baxmayaraq Milli Paralimpiya Komandasının Tokio 2020-ə yüksək səviyyədə hazırlaşdığına və idmançıların Yaponiyadan yüksək nəticə ilə qayıdacağına əmin olduğunu bildirib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana, xüsusilə paralimpiya hərəkatına olan diqqət və qayğısının nəticəsi olaraq idmançılarımız hər zaman ölkəmizi beynəlxalq arenalarda yüksək səviyyədə təmsil edir, xalqımızı parlaq qələbələri ilə sevindirir. Əminəm ki, paralimpiyaçılarımız Tokioda uğurlu iştirak edərək Prezidentimizin bizə göstərdiyi etimadı doğruldub üçrəngli bayrağımızı zirvələrə ucaldacaqlar”.
 
Daha sonra Komitə prezidenti Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış paracüdoçu qadınlara Yaponiyanın "Mizuno” şirkətininin istehsalı olan yeni kimonoları təqdim edib.
 
Cüdo idman növü üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Ramin İbrahimov MPK prezidenti İlqar Rəhimova göstərilən dəstəyə görə təşəkkürünü bildirib, idmançıların Tokio 2020-ə tam hazır olduğlarını və oradan Vətənə medal ilə qayıdacağlarına əmin olduğunu vurğulayıb.
 
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, Tokio 2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov, şef-de-missonun müavinləri Azər Tapdıqov, Leyli Yusifli və Milli Abilimpiya Federasiyasının vitse-prezidenti Rüfət Hacılı iştirak ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR