Topu bilərəkdən meydandan çıxaracaqlar - Eriksen üçün

Topu bilərəkdən meydandan çıxaracaqlar - Eriksen üçün

Belçika millisi AVRO-2020-nin Danimarka ilə sabahkı qarşılaşmasında xüsusi aksiya hazırlayıb.

Sport7.az xəbər verir ki, bunu komandanın hücumçusu Romelu Lukaku açıqlayıb. O bildirib ki, Finlandiya ilə huşunu itirən Kristian Eriksenə dəstək nümayiş olunacaq: "Biz görüşün 10-cu dəqiqəsində topu vurub meydandan auta çıxaracağıq. Oyunu dayandıracağıq və alqışlayacağıq”.

"İnter”də Lukakunun komanda yoldaşı Kristian millidə 10 nömrəli formanı geyindiyindən aksiya 10-cu dəqiqədə təşkil olunacaq.
 
Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR