"Tottenhem" Bundesliqadan bu futbolçunu istəyir

"Tottenhem” fransalı yarımmüdafiəçi Kristofer Nkunkunu transfer etmək istəyir.

Sport7.az xəbər verir ki, hazırda Bundesliqada "Leypsiq”in formasını geyinən orta sahə oyunçusunun transferi üçün baş məşqçi Joze Mourinyo rəhbərliyə müraciət edib. 

Portuqaliyalı mütəxəssis klub rəhbərliyindən israrla Nkunkunu almağı tələb edir. Lakin fransalı futbolçu başqa klubların da maraq dairəsindədir. Onu "Arsenal” da heyətində görmək niyyətindədi.

Nkunku cari mövsümdə "Leypsiq”də 32 oyun keçirib və 7 qol vurub. Onun Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR