"Trabzonspor" yarımmüdafiəçisi ilə yolları ayırdı

"Trabzonspor" Bilal Başacıkoğlu ilə yollarını ayırıb.

Sport7.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Niderlandda doğulan türk əsilli 25 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Xəbərdə futbolçuya heç bir təzminat ödənilməcəyi də vurğulanıb. Başacıkoğlu 2020-ci ilin yanvar ayından "Trabzonspor"un uğurları üçün çalışırdı. Onun klubla 2022-ci ilin may ayına kimi müqaviləsi var idi.

Yarımüdafiəçi daha öncə Niderlandda "Hereenven", "Feyenoord", Türkiyədə "Kayserispor"un formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR