"Trabzonspor"un futbolçusunda virus aşkarlandı

"Trabzonspor"da koronavirus testinin nəticələri açıqlanıb.

Sport7.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə testlərdən sonra bir futbolçunun virusa yoluxduğu açıqlanıb. Klub işçiləri, məşqçilər korpusu və futbolçu heyətindən götürülən testin nəticəsi yalnız bir oyunçuda pozitiv çıxıb. Adı açıqlanmayan həmin futbolçu artıq təcrid olunub.

"Trabzonspor” Super Liqanın V turu çərçivəsində oktyabrın 17-də "Başakşəhər”lə qarşılaşmalıdır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR