"Traktor"dan Çempionlar Liqasında böyük zəfər

Güney Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasında növbəti matçını keçirib.

Sport7.az xəbər verir ki, təbrizlilər B qrupunun 4-cü turunda evdə İraqın "Əl-Kuva" komandası ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

"Traktor" bundan əvvəlki üç matçında heç-heçə oynamışdı.

Bu nəticədən sonra "Traktor" 6 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu isə 8 xalla liderdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR