"Turan Tovuz" meydan sulamadığına, "Sabah" klub nümayəndəsinə görə cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda Birinci Divizionun 19-cu turunda yol verilmiş qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub.
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun "Turan Tovuz” – "Qarabağ-2” oyununda "Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun "Turan Tovuz” – "Qarabağ-2” oyununda əsasnaməyə uyğun olaraq meydança sulanmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 60)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun "Sabah-2” – "Zaqatala” oyununda "Sabah-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun "Sabah-2” – "Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunur. (maddə 62.1)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun "Sabah-2” – "Zaqatala” oyununda "Sabah-2” klubunun 66 nömrəli futbolçusu Abdulla Khaibulaev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur. (maddə 47)
 
02.04.2021-ci ildə I Divizionun XIX turunun "Sabah-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunur. (maddə 91.1)
 
01.04.2021-ci ildə I Divizionun XIX turunun "Qaradağ Lökbatan” – "Keşlə-2” oyununda "Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur. (maddə 39)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR