Türkiyə Kubokunun qalibi müəyyənləşdi

Türkiyə Kubokunun qalibi müəyyənləşdi

Türkiyə Kubokunun final oyunu keçirilib.
 
Sport7.az xəbər verir ki, həlledici matçda "Trabzonspor”la "Alanyaspor” qarşılaşıb.
 
İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutan matçın 25-ci dəqiqədə Abdülkadir Ömür trabzonluların ilk qolunu vurub. Uzatma dəqiqələrində isə Aleksandr Sorlot matçda yekun hesabı müəyyənləşdirib - 2:0.
 
"Trabzonspor” tarixində 9-cu dəfə Türkiyə Kubokunu qazanıb. Sözügedən komanda bu göstəricidə "Beşiktaş”a çatıb. "Qalatasaray” isə hamıdan çox - 18 dəfə bu uğura nail olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR