Türkiyə millisinin taleyi kimin əlində olacaq? - FOTO

Türkiyə millisinin taleyi kimin əlində olacaq? - FOTO

İsveçrə və Türkiyə yığmaları arasında futbol üzrə Avropa Çempionatının A qrupunun 3-cü tur matçının hakimləri bəlli olub.

Sport7.az
xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Ona yan xətt hakimləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək. Oyunun VAR hakimi isə Bastian Dankert (Almaniya) olacaq.

Qeyd edək ki, iyunun 20-də keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
 

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR